Günün qəhramanı danışdı: "Gözləyək, görək orda rəqib kimi olacaq" - MÜSAHİBƏ

05.08.2016 | 3263 dəfə oxunub

"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununda Fransanın “Lill” komandasına vurduğu qolla komandasına qələbə qazandıran futbolçusu Filip Ozobiç matçdan sonra jurnalistlərə müsahibə verib:

 - İlk olaraq oyun haqqında fikirlərinizi bölüşün...

- Nə deyə bilərəm ki? Düşünürəm ki, çox yaxşı oynadıq. Bu əsas hədəf, əsas uğur deyil. "Pley-off"u da keçib qrup mərhələsində çıxış etməliyik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Hesab edirəm ki, bu qələbədən sonra qruplara qalmaq şansımız bir az da artdı.

 - “Lill” kimi bir klubu geridə qoymaq “Qəbələ” üçün sensasiya hesab oluna bilərmi?

- Əlbəttə, püşk atılanda biz cütün favoriti deyildik. Ancaq göstərdik ki, istənilən rəqibə qarşı yaxşı oynamaq, yaxşı nəticə əldə etmək olar.

 - Qol anında zərbədən sonra nə düşündünüz?

- Zərbəni vuran kimi gördüm ki, top qapıya tərəf gedir. Başladım qolu qeyd etməyə.

 - Qol olacağına inamın var idi?

- Əlbəttə, gözləyirdim. Baxdım, fikirləşdim, zərbə vurdum və əla alındı.

 - Bəs "pley-off"da “Qəbələ”dən nə gözləmək olar?

- Gözləyək, görək orda rəqib kimi olacaq. İndidən nəsə demək düzgün olmaz. Ancaq biz yaxşı oynayırıqsa, kimlə oynamağımızdan asılı olmayaraq heç kimdən qorxmağa, çəkinməyə gərək yoxdu.

 - Zədələnib oyunu tərk etdiniz. Xəsarət ciddidir?

- Yox, o qədər də ciddi deyil. Zərbə aldım ayağıma, ağrılarım var idi, əvəzlənməyi istədim. Gələn oyunda oynaya biləcəyimi düşünürəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail