"Lill"in baş məşqçisi: "Qəbələ" layiqli qələbə qazandı"

04.08.2016 | 3429 dəfə oxunub

“Lill” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qəbələ”yə 0:1 hesabıyla uduzaraq mübarizəni dayandıran “Lill”in baş məşqçisi Frederik Antonetti oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Hər iki komanda layiqli mübarizə apardılar. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Komanda yaxşı oyun sərgilədi. Təəssüf belə alındı.

- Bu məğlubiyyəti gözləyirdiz?
- “Qəbələ”yə qarşı Fransadakı oyun çətin keçmişdi. Həmin oyundan sonra rəqibin güclü olduğunu bilirdik. Bu oyunda qələbə qazanacağımıza ümid etsək də, alınmadı.

- Rəqibi necə qiymətləndirərdiz?
- Sadəcə olaraq super. Rəqib yüksək səviyyəli oyun sərgilədi.

- Oyuna hazırlıq hansı səviyyədə təşkil edilmişdi?
- Bu oyuna yüksək səviyyədə hazırlaşmışdıq.
Ancaq təəssüf ki, belə alındı.

- Püşkatmadan sonra “Qəbələ”ni rahat keçəcəyinizi düşünmüşdüz? Xatırladım ki, bu günə kimi heç bir Azərbaycan klubu Fransa təmsilçilərini məğlub edə bilməmişdi.
- Oyundan əvvəl “Qəbələ”nin oyunlarını izləmişdik. Bu komandanın yüksək səviyyəli oyunçulardan təşkil olunduğunu bilirdik. Bu gün də layiqli qələbə qazandılar. Hər iki komanda eyni səviyyədə idi. Düşünürəm ki, “Qəbələ”yə taktikada uduzduq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail