Musa Süleymanovdan atmacalı sözlər

02.11.2011 | 7698 dəfə oxunub

“Futbol adamı olmasaq da, futbolu öyrənirik. Biz “Barselona” ilə anlaşdıq. Çünki klublarımızın oyunu xoşuma gəlmirdi”. Stadium.az xəbər verir ki, bu sözləri “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

İspaniyanın “Barselona” klubunun uşaq futbol akademiyası ilə müqavilə imzalayan “Turan” rəhbərliyi səfərə yola salacağı futbolçuların kimliyini müəyyənləşdirib. Belə ki, artıq bir neçə gündür ölkəmizdə olan Xristo Stoiçkovun akademiyasının texniki direktoru Antonio Sançes Munos və Loze Luis Villar Tovuzda seleksiya işləri aparıb. 

Əvvəlcə 1998/99-cu, ertəsi gün 1996/97-ci il təvəllüdlü uşaqlar öz məharətlərini göstəriblər. Qonaqlar 10 nəfəri bəyəniblər. Daha bir futbolçu isə U-16 ilə toplanışda olan Budaq Budaqov olub: “Onu deyə bilərəm ki, 15-16 yaşlı uşaqlarda potensial var. Ancaq sonradan həmin oyunçular yoxa çıxırlar. Ona görə də belə bir addım atmalı olduq”. 

Klub prezidenti futbolçuların bütün xərclərini ödəyəcəyini də qeyd edib: “Anlaşmaya görə, 11 futbolçu 2 il orda qalacaq. Onlarla iki qrup məşğul olacaq. Qruplardan biri sosial sahələrlə, digəri isə məşq-təhsil işlərinə cavabdehlik daşıyacaq. Onlara nə qədər pul xərcləyəcəyimizi açıqlamaq istəmirik. Ancaq legionerlərə xərcləməkdənsə, uşaq futbolunu dirçəltmək lazımdır”. 

Hazırda sənədləşmə işlərinin aparıldığını deyən Süleymanov bu sahədə AFFA-dan yardım istəyib: “Sənədləşmə işləri aparılır. Bu uşaqlar həddi-buluğa çatmadıqlarına görə, onlar ya valideynləri ilə getməli, ya da kiməsə etibarnamə verməlidirlər. Başqa işlər də var. Bura təhsil də daxildir. Bu işləri yoluna qoyulmasında AFFA da kömək edəcək”. 

Klub rəhbəri uşaqları gələcəkdə hansısa komandaya satmaq haqda düşünmədiyini, Azərbaycanda “Barselona” tipli komanda yaratmaq istədiyini deyib: “Onların iki ildən sonra 18 yaşı olacaq. 11 futbolçu yarım komanda deməkdir. Təbii ki, bundan sonra “Turan”ın iddiası da artacaq”. 

Sonda Süleymanov bəzi klubları tənqid etməyi də özünə borc bildi: “Azərbaycan futbolunda pul qazanmaq olmur. Xərclədiyin pulları sanki quyunun dibinə atırsan. Gərək klubun öz gəliri olsun. Əvvəllər tovuzlu iş adamları yığışıb, məni rəhbər təyin etdilər və hər biri ayda müəyyən məbləğdə köməklik edəcəklərini demişdilər. Bir-iki aydan sonra heç biri kömək etmədi. Mən də zəng vurmağı özümə rəva bilmədim. “Xəzər Lənkəran”, “Neftçi” səviyyəsində komanda saxlamaq gücündə deyiləm. Bunu etiraf edirəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail