Toğrul Əsgərov: "Məqsədim yenidən Olimpiya çempionu olmaqdır"

02.08.2016 | 3163 dəfə oxunub

“Artıq Olimpiya Oyunlarında iştirak üçün Rioya yola düşürük. Bizi yola salmaq üçün hava limanına gələn hər kəsə minnətdaram. Bizə göstərilən böyük diqqət və qayğı məsuliyyətimizi daha da artırır”. 

Stadium.Az xəbər verir ki, bu sözləri güləşçimiz, son olimpiya oyunlarının qalibi Toğrul Əsgərov deyib. 

2012-ci ildə Londonda Olimpiya çempionu olan, ötən il Bakıda həm dünya çempionatının, həm də I Avropa Oyunlarının qalibi adını qazanan 23 yaşlı idmançı Rioda da uğurlu nəticə göstərməyə çalışacağını qeyd edib: 

“Çalışacağam ki, Rioda 4 il öncəki nəticəmi təkrarlayım. Məqsədim yenidən Olimpiya çempionu olmaqdır. Bütün idmançılarımıza uğurlar arzulayıram. İstərdim ki, olimpiadada medallarımızın sayı-hesabı olmasın. Güləşçilərimizin hamısı titullu idmaçılardır. Komanda yoldaşlarımın hamısından uğurlu nəticə gözləyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail