Zeynal Məmmədov Sakkini "Bakı"ya gətirir

02.11.2011 | 4057 dəfə oxunub

"Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədovun İtaliyaya işgüzar səfəri davam edir. Stadium.az xəbər verir ki, klubun texniki sponsoru "Macron" idman geyimləri şirkətinin dəvəti ilə Appenin yarımadasına yollanan baş menecer və "Bakı" futbol klubunun baş katibi Zəka İbrahimov İtaliya A Seriyasının həmin günlərə təsadüf edən Bolonya-Atalanta (3:1) qarşılaşmasını izləyiblər. 

Oyun zamanı əfsanəvi məşqçi Ariqo Sakki ilə söhbətləşmək imkanı əldə edən Zeynal Məmmədov "Bakı" futbol klubunun uşaq və yeniyetmə siyasəti, fəaliyyətə başlayan futbol akademiyası barədə ətraflı məlumat verib. Zeynal Məmmədov klubun idman infrastrukturu və aparılan işlərlə yaxından tanış olmaq məqsədi ilə təcrübəli mütəxəssisi Bakıya dəvət edib. 

Xatırladaq ki, Ariqo Sakki hazırda İtaliya Futbol Federasiyasının uşaq futbolu üzrə baş koordinatoru vəzifəsində çalışır. Ariqo Sakki dəvəti məmnuniyyətlə qəbul edərək, uyğun bir zamanda Azərbaycana səfər edəcəyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail