"Qarabağ"a dəstək olmaq lazım deyilmi?

30.07.2016 | 3034 dəfə oxunub

"Qarabağ" klubunun meneceri Asif Əsgərov özünün İnstagram səhifəsidə yazı paylaşıb. Yazının aktuallığını nəzərə alaraq sizə təqdim edir. 

*** 

Gəlin bir olaq. Azərbaycanlı olduğumuzu göstərək və komandanın adından asılı olmayaraq, Azərbaycanı təmsil etdiyini unutmayaq. Müxtəlif statuslar yazılır. Ağlımıza gələn və gəlməyən, məntiqli və məntiqsiz hər şey.. Amma unuduruq ki, bu paylaşımlar, statuslar komandamızın xeyrinə yox, yalnız və yalnız, unutmayın- yalnız və yalnız komandamızın uğursuzluğuna hesablanan yazılardır.. 

Niyə uğur qazanılanda hamımızın, uğursuzluq olanda isə komandanın uğursuzluğu olur? Vaxt var idi, az fərqlə yeniləndə sevinirdik, indi Avropa nəhənglərinin Azərbaycana gəlişi adi hal alınan vaxtda dəstək olmaq lazım deyilmi? Nə vaxta kimi bir-birimizin ayağının altını qazmaqdan zövq alacağıq? Kimə özümüzü göstəririk? Sadə olsaq və xırda bir detalla dəstək olduğumuzu nümayiş etdirsək pismi olar? Yoxsa qorxursunuz ki, Avropadan kimsə klubunuza, klubumuza Azərbaycan təmsilçisinə dəstək olduğunuza görə sizi qınayacaq? Əsla!! 

Bir şəkilə baxın.. Günün istisində sıraya durub komandaya dəstək olmaq istəyirlər. Hər birinizin ayaqlarına sağlıq! Ekran qarşısında rahat oturub, telefon əlində bir mənfi axtarıb, həmən status paylaşanlar, ayılın, bir az da yaxşi şeylər düşünün. Həyatda pislik yox, yaxşılıqlar qalacaq. Uğur istəyirsinizsə, bir addım da siz atın. Xırda işlərin mükəmməl görülməsi, böyük uğurların açarıdır, unutmayın!!!

' ...Siz göstərdiyiniz SƏBR və duruşunuzla yüksək Azərbaycan mədəniyyətini göstərdiniz. Mənim üçün siz qalibsiniz!!' Bu sözlər cənab Prezidentimizin iki il əvvəl məlum oyundan sonra dedikləri sözlərdir. Bütün davaların dərmanı SƏBRdir. Səbrli olub, yaxşi şeylər düşünün. İnanın ki, onda hər şey istədiyimizdən də yaxşı olacaq, inşallah. Təki Allah bizimlə olsun. BiZ – yəni, sən, mən, biz, hamımız.. Amin !!!! 02.avqust, 2016 saat: 20:30 Birliyimizin nümayiş günü !!! Gəlin tarixi birlikdə yazaq... 

Asif ƏSGƏROV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail