Roman Qriqorçuk: "Həmin transferi tez reallaşdırmalıyıq"

21.07.2016 | 4367 dəfə oxunub

“Arzulayırıq ki, sabah siz istəyən hesabla udaq (5:0 nəzərdə tutur-red.). Amma bu rəqiblə çox çətin olacaq. Əvvəlki oyundakı səhvləri təkrar etməməliyik”.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk  Avropa Liqasının II təsnifat mərhələsinin Macarıstanın MKT klubu ilə oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər evrir ki, Qriqorçuk oyunla bağlı belə danışıb:

“Rəqibi yaxşı tanıyırıq, onları analiz etmişik. Hər şeyə real yanaşmaq lazımdır. Bir həftə ərzində hazırlıq keçmişik. Oyunçularla söhbətimiz olub. Onlar rəqibin nəyə qadir olduğunu bilirlər. İnanmıram ki, hansısa futbolçum növbəti mərhələdə olduğumuzu düşünsün. Oyunçularımda arxayınçılıq olmayacaq. Onlar rəqibin gücünə bələddirlər.

Transfer pəncərəsi hələ açıqdır. Heyətə hücumçu cəlb etmək istəyirik. Həmin transferi tez reallaşdırmalıyıq. Həm də futbolçu bizə kömək edəcək gücdə olmalıdır. Qısa vaxt ərzində istədiyimiz hücumçunu tapmaq çətindir. Oyunçu sayını artırmaq üçün yox, gücümüzə güc qatmaq üçün transfer reallaşdırmalıyıq.

Bu barədə danışmaq istəməzdim. Bunu hörmətsizlik kimi qəbul etməyin. Sadəcə olaraq, məni hazırda sabahkı oyun maraqlandırır. Çünki cütün taleyi həll olunmayıb, Sadəcə onu deyə bilərəm ki, belə rəqibə qarşı oynamaq futbol adına bizim üçün böyük hadisə olar. “Lill”lə görüşlərdə motivasiyaya ehtiyac yoxdur. Rəqibin adı motivasiyadır.

Görüşdə hansı heyətə güvənəcəyimi dəqiq deyə bilmərəm. Bunu sabah biləcəyəm. Amma əvvəlki görüşdəki heyətə oxşar “11-lik” olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail