Şahin Diniyev "Kəpəz"in məğlubiyyətindən danışdı

20.07.2016 | 2903 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının ikinci təsnifat mərhələsində "Admira"ya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər verir ki, Diniyev məğlub olmaqlarını belə dəyərləndirib:

"Planımız belə idi ki, 75-80-ci dəqiqəyə qədər müdafiə olunmalıydıq. Sona yaxın ikinci hissədə meydana daxil olan futbolçular lazım olan qolu vurmalı idilər. Lakin istəyimiz baş tutmadı.

Əvvəldən də demişdim ki, qol buraxmamalıydıq. Fərdi səhvdən qapımızda qol gördük. Bu da acınacaqlı an idi. Həmin anda oyun bitdi. Sona yaxın qol vurmaq üçün çox çalışdıq. Azarkeşlərimizə ən azı 1 qol hədiyyə etmək istəyirdik. Sonda 6-7 qol epizodu yaxalasaq da, dəyərləndirə bilmədik.

Avroliqa ilə vidalaşdıq. Həyat davam edir. İndiki "Kəpəz" daha güclüdür. Uğurlarımız qabaqdadır. "Kəpəz" hər gün inkişaf edir. İlk mərhələni keçəcəyimizə də əvvəldən inanmırdıq. Komandam başından yuxarı tulandı.

Rəqib nə qədər imkan verirsə, o qədər oynayırıq. "Admira" şişirdiləsi komandadır. Çox təşkilatlanmış, güclü rəqibə qarşı oynadıq. Bu komandanın adını hələ çox eşidəcəksiniz.

Uduzandan sonra hansısa futbolçunu günahlandırmaq istəməzdim. Əslində, günahı başqasının üstünə atıb, yaxamı kənara çəkə bilərəm. Amma "Kəpəz" bir ailədir. Razıyam ki, Ebah bu gün real qol şanslarını qaçırdı. Xüsusən də ilk epizodu dəyərləndirməliydi. Ümid edirəm ki, çempionatda o, ümidləri doğruldacaq.

Rəhbərlik qarşımıza hər hansı tələb qoymamışdı. Bacardığımız qədər irəli getmək istəyirdik. Bəxtimizdən rəqiblərimiz də güclü idi. "Daçiya" və "Admira" zəif deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail