Ərdoğanla eyni oteldə qala Ərtoğrul Sağlam: "Ərdoğana görə otelə 3 dəfə basqın etdilər" - MÜSAHİBƏ

20.07.2016 | 3839 dəfə oxunub

"Bursaspor"un keçmiş baş məşqçisi Ərtoğrul Sağlamın 15 İyul hadisələri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni oteldə olduğu məlum olub. Yerli mətbuata müsahibə verən Sağlam maraqlı açıqlamaları ilə diqqət çəkib. Stadium.Az müsahibəni təqdim edir:

- İyulun 15-də prezident Recep Tayyip Erdoğanla eyni oteldə məskunlaşmışdınız. Otelə onun dəvəti ilə gəlmişdiniz?

- Təsadüfən. Bu otel mərhum "Bursaspor" prezidenti İbrahim Yazıcının oteli idi. Biz onunla 4 il birgə işləmişik. Mövsüm ərzində həm plan və hazırlığımızı bu oteldə görürdük, həm də istirahət edirdik.

- Erdoğanla hər hansı bir söhbətiniz olubmu?

- Təəssüf ki, olmadı. Mühafizəçisinə prezidentlə görüşmək istəyimi söylədim, amma sonra özü məni prezidentlə görüşdürəcəyini söylədi.

- Hadisə baş verən gün hər hansı anormallıq hiss etdinizmi?

- Axşam gəzintisi zamanı yolda insanlar salam verərkən eyni zamanda Boğaz körpüsünün əsgərlər tərəfindən tutulduğunu söylədilər. Otelə qayıdıb medianı izləməyə başladım. Bir müddət sonra isə hərəkətlilik başladı. Mühafizəçilərlə oteldən ayrılanlar oldu. Sonra Ərdoğanın oteldən ayrıldığını heç kim bildirmədi.

- Erdoğan oteldən nə vaxt çıxdı?

- Əvvəl ailəsinin, hadisələr başlamazdan öncə isə özünün ayrıldığını düşünürəm.

- O gedəndən neçə müddət sonra otelə basqın oldu?

- Dəqiq xatırlamıram, amma 1 saat olmamışdı. Əvvəl otelin qarşısında atışmalar oldu. Helikopterlərlə əsgərləri endirdilər, amma ora bizim qaldığımız yerdən uzaq idi. Az sonra bizim qaldığımız yerə də gəldilər və oteldə axtarışlara başladılar. İlk hücum təxmin edirəm ki, saat 01.00-da oldu. Biz basqını 3 dəfə hiss etdik. Ən böyük basqın saat 03.00-da baş verdi və sonuncu isə saat 05.00-ə təsadüf etdi. Prezidentin mühafizəçiləri 2-ci basqın zamanı atışmalara məruz qaldılar. Silah səsləri, hay-küy, qışqırıqlar var idi. Bütün bunlar bizim otağımızın 5 metr qarşısında baş verirdi. Otaqlar axtarılırdı, sonra yan otağa gəldilər. Ailəmlə birgə böyük qorxu içərisində idik. Nə vaxt içəri girəcəklər? Nə ilə qarşılaşacağıq? Sadəcə, qorxu içərisində gözlədik.

- Oteldən çıxmaq üçün sizə kömək göstərildimi?

- Xeyr, atışma 4 saat davam etdi. Çox çətin dövr idi. Qızım isə hadisənin psixoloji təsirini hələ də yaşayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail