Cüdoçularımız "Böyük Dəbilqə"ni 6-cı yerdə tamamladı

18.07.2016 | 2616 dəfə oxunub

Rusiyanın Tümen şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirini idmançılarımız iki medalla başa vurublar.

Stadium.Az xəbər verir ki, Rio yay Olimpiya oyunları öncəsi sonuncu mötəbər yarışa 10 cüdoçu ilə yollanan komandamızdan ən yüksək nəticəni 60 kq çəkidə mübarizə aparan Davud Məmmədsoy ilə İlqar Müşkiyev göstəriblər. Müşkiyev özbəkistanlı Doniyor Sultanbayevi məğlub etsə də, yarımfinalda rusiyalı Albert Oquzova uduzub. Rusiyalı Sayan Xerteki məğlub edən İlqar bürünc medal qazanıb. Məmmədsoy da bürünc medalı məhz yerli cüdoçunu məğlub edərək qazanıb. O, Dmitri Kulikovu üstələyib. 

Turnirdə 66 kq çəkidə Vüqar Şirinli ilə İsgəndər Talışinski, 73 kq çəkidə Telman Vəliyevlə Hidayət Heydərov, 81 kq çəkidə  Afiq Səfərli, 90 kq çəkidə Firudin Dadaşovla Vasif Şərbətli və 100 kq çəkidə mübarizə aparan Cəlil Şükürov mükafatçılar sırasına düşə bilməyib.

İki bürünc medal qazanan cüdoçularımız komanda hesabında 6-cı pilləni tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail