Çexlәr Azәrbaycanı blok etdi

17.07.2016 | 3367 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “F91 Düdelanj” cütünün rəqibi olacaq “Viktoriya” Plzen klubu Azərbaycanı “qara siyahı”ya salıb.

Stadium.Az xəbər verir ki, püşkatma mərasimindən sonra azərbaycanlı azarkeşlər Çexiya klubunun rəsmi “facebook” səhifəsinə hücum ediblər. Azarkeşlər “Viktoriya Plzen” və çexiyalı azarkeşləri ağır şəkildə təhqir ediblər. Buna görə də, “Viktoriya” Plzen rəsmi səhifəyə Azərbaycandan girişi qadağan edib.

Ötən il də azərbaycanlı azarkeşlər “Seltik” klubunu da təhqir etdikləri üçün “qara siyahı”ya salınmışdı. Şotlandiya klubunun rəsmi “facebook” səhifəsinə hazırda Azərbaycandan giriş qadağandır.

Əlavə edək ki, UEFA Avropa Liqasının rəsmi səhifəsinə də 2 il idi ki, giriş mümkün deyildi. UEFA ötən gün bu məhdudiyyəti götürüb. (qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail