Ukrayna millisinin yeni baş məşqçisi bəlli oldu - ANDREY ŞEVÇENKO

16.07.2016 | 3481 dəfə oxunub

Əfsanəvi Andrey Şevçenko futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi təyin edilib. Stadium.Az xəbər verir ki, Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsində onun bu posta namizədliyi yekdilliklə dəstəklənib.

39 yaşlı sabiq futbolçu bu vəzifədə Avropa çempionatında uğursuzluğa düçar olan Mixail Fomenkonu əvəz edib. A.Şevçenko ilə iki il müqavilə imzalanıb və ola bilsin iki il də artırılsın. Sabiq futbolçunun köməkçiləri italiyalı Mauro Tassoitti, Andrea Maldera və ispaniyalı Raul Rianço olacaq. 

Şevçenko Ukrayna yığmasında 11 oyuna 48 qol vurub. O, 2006-cı ilin Dünya çempionatında yığma ilə ¼ final mərhələsinə kimi yüksəlib. Oleq Bloxinin rəhbərlik etdiyi komanda İtaliya millisinə 3:0 hesabı ilə məğlub olub. Sabiq futbolçu 2004-cü ildə “Qızıl Top”a sahib olub. O, “Milan” klubu ilə Çempionlar liqasının qalibi olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail