"Qarabağ"dan ayrılan hücumçu A Seriyasında oynayacaq

14.07.2016 | 3777 dəfə oxunub

"Qarabağ"ın sabiq futbolçusu Danilo Diasin yeni klubu müəyyənləşib. Stadium.Az xəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

"Qarabağ"dan ayrılaraq Portuqaliyanın "Union Madeyra" klubuna transfer olunan Dias bundan sonra Braziliyanın A Seriya təmsilçisi "Amerika"da oynayacaq.

Braziliya klubu Azərbaycan Premyer Liqasında oynamış daha bir futbolçunu heyətinə qatıb. "Neftçi"nin sabiq futbolçusu, ötən mövsümü Təbrizin "Traktor Sazi" klubunda keçirən Karlos Kardozo da "Amerika"ya transfer olunub. Braziliyalı müdafiəçi A Seriya təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

"Amerika" hazırda davam edən A Seriyada geridə qalan 14 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail