"Milan"da "Maldini dönəmi" bitdi

14.07.2016 | 3605 dəfə oxunub

İtaliyanın ən köklü klublarından biri olan “Milan”da Maldini dönəmi bitmək üzrədir. Stadium.Az xəbər verir ki, Milan klubunda düz 62 il sonra bir Maldini olmayacaq.

İş ondadır ki, artıq uzun illərdir ki, “Milan”da ünlü Maldini soyadını daşıyan bir futbolçu çıxış edir.

İlk dəfə Maldinilərdən Çezare Maldini “Milan”ın formasını geyinib. Daha sonra isə bütün dünyanın ən yaxşı yaxşı müdafiəçilərindən biri hesab olunan Paolo Maldini “rossoneri”lərdə oynamağa başlayıb. 

Məhz Paolonun oğlu olan Kristian Maldini indi “Milan”dan ayrılaraq Seriya C-də mübarizə aparan “Reciana”ya transfer olur. İndiyədək “Milan”ın aşağı yaş qruplu komandlarında çıxış edən Kristian Maldini “Milan”la bitən müqaviləsini yeniləməyib.

Bununla da 1954-cü ildə Çesare Maldinin “Milan”a transfer olmasıyla başlanan bu dönəm bitib.

Paolo Maldini isə 1978-ci ildən “Milan”ın aşağı yaş qruplu komandalarında oynamağa başlayıb. O, düz 31 il “Milan” forması geyinib və by klubla qazanılacaq bütün titulları əldə edib. 

Paolo Maldini 2009-cü ildə 41 yaşındaykən futbolla vidalaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail