Almeyda: "Əsas odu ki, qələbə qazanmışıq" - MÜSAHİBƏ

13.07.2016 | 3274 dəfə oxunub

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” doğma azarkeşləri önündə Lüksemburqun “Düdelanj” komandasını 2-0 hesabıyla məğlub edib.

Stadium.Az xəbər verir ki, “Qarabağ”ın hər iki qolunun müəllifi olan braziliyalı futbolçu Riçard Almeyda matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İnamlı qələbə qazandınız. Oyun haqqında fikirlərin necədi?

- Yaxşı bilirdik ki, asan oyun olmayacaq. Hər dəfə biz top itirəndə rəqibin qurduğu əks hücumlardan başa düşürdük ki, olduqca təhlükəli komandaya qarşı oynayırıq. Amma hələ heç nə başa çatmayıb. Bizi çətin cavab oyunu gözləyir. Eyni konsentrasiya və eyni diqqətlə cavab matçına hazırlaşacağıq.

- Hesab açıldıqdan sonra hər kəs “Qarabağ”ın darmadağınla qələbə qazanacağını düşünürdü. Ancaq belə olmadı. Sanki “Qarabağ” ikinci hissəni “yola verdi”...

- Biz daha çox qol vurmaq istəyirdik. Ancaq rəqib ikinci hissədə qapandı, müdafiəyə çəkildi. Ona görə də rəqib müdafiəsini yarmaq bizim üçün çətin oldu. Biz istəyirdik ki, qol vuraq, amma alınmadı.

- Zədəniz nə yerdədi?

- O qədər də ciddi zədə almamışam. Sabahdan etibarən daha yaxşı olacağam.

- Cavab barədə nə düşünürsünüz? Sizcə, bu gün qeydə alınan nəticə “Qarbağ”ın növbəti mərhələyə adlamasını təmin edəcəkmi?

- İkinci oyun birincidən daha çətin olacaq. Biz növbəti oyuna da ciddi şəkildə hazırlaşacağıq.

- İki qol vurdunuz və oyunu qəhrəmanı seçildiniz. Bu barədə nə deyə bilərsiniz?

- Qol sonda mənim ayağımdan gələ bilər, ancaq bu bütün komandanın vurduğu qoldu. Əsas odu ki, qələbə qazanmışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail