Ramil Şeydayev Azərbaycan millisində oynamaq üçün Bakıya gəlib

12.07.2016 | 10652 dəfə oxunub

"Ramil Şeydayevin Azərbaycan milli komandasında oynamaq istəyi var. Əgər baş məşqçi Robert Prosinemki onu dəvət etsə, gəlib oynaya bilər". 

Stadium.Az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının rəisi İslam Abbasov bildirib. 

Rusiyanın "Zenit" klubu ilə yollarını ayıran hücumçu Ramil Şeydayev AFFA ilə danışıqlar aparmaq üçün Bakıya gəlib. Onun səfərində əsas məqsəd Rusiya vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişmək və bunun da nəticəsində millimizdə oynamaq istəyini gələcəkdə reallaşdırmaqdır.
 
Abbasovun sözlərinə görə, yekun qərarı baş məşqçi Robert Prosineçki verəcək: 

"Eşitdiyimə görə, Ramil Bakıya gəlib. O, bu yaxınlarda bizimlə, AFFA ilə əlaqə saxlayaraq bildirdi ki, baş məşqçi dəvət etsə, Azərbaycan millisində oynayaram. Bizdə bu haqda məlumat var, millinin baş məşqçisi də məsələdən məlumatlıdır. Bəli, Ramil Rusiyanın U-21 yığmasında oynayıb. Ancaq o, azərbaycanlıdır, əslən burdandır. Görünür, vətəninin yığmasında oynamaq istəyir. Ola bilər ki, "Zenit"dən gedəndən sonra bu qərara gəlib".
 
Şeydayev "Zenit"də oynadığı vaxtda millimizin şərəfini qoruyacağı halda legioner sayılacaqdı. 20 yaşlı futbolçu hazırda Türkiyənin "Trabzonspor" klubu ilə danışıqlar aparır. O, Rusiya U-21-də oynasa da, qaydalar Azərbaycanın əsas yığmasında çıxış etməsinə imkan verir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail