"Düdelanj"ın baş məşqçisi: "Düşünmürəm ki, bu, mənə ciddi problem yaşada" - MÜSAHİBƏ

11.07.2016 | 3830 dəfə oxunub

Sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"la qarşılaşacaq Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Dino Topmöller bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Qonaqpərvərliyə görə təşəkkür edirəm. "Qarabağ" ardıcıl iki dəfə Avropa Liqasının qrupuna düşüb. Rəqib cütlüyün favoritidi. Ancaq futbol meydanda oynanır. Nə olacağını sabah görəcəyik.

- Klaus Topmöllerin oğlusunuz. O da Gürcüstan yığmasını çalışdırıb. Qafqaz üslubuna bələd olan atanız, rəqibin bu bölgənin təmsilçisi olduğunu bildikdən sonra sizinlə əlaqə yaradıbmı?
- Bir dəfə Azərbaycanda olduğunu bildirib. Bundan savayı heç bir söhbətimiz olmayıb.

- Vizaviniz komandanız barədə xeyli məlumat söylədi. Siz Azərbaycan çempionu haqda hansı bilgilərə sahibsiniz?
- "Qarabağ"ın iki oyununu izləmişəm. Hiss olunur ki, baş məşqçi öz istədiyi oyunu futbolçulara aşılayıb. Onlar qısa ötürmələrə üstünlük verib, futbolçuların fərdi ustalığına güvənirlər.

- Azərbaycan futbolu haqda əlavə bilgiyə sahibsinizmi?
- Berti Foqts uzun illər yığmanızı çalışdırıb. Rüfət Dadaşovu tanıyıram. Eyni zamanda, "Qarabağ"ın "İnter", "Monako", "Anderlext" kimi rəqiblərlə qarşılaşdığını bilirəm.

- Bu kimi "əjdahalar"la qarşılaşan "Qarabağ"la oyunda kiçik "Düdelanj" nəyə ümid edir?
- Biz Lüksemburqu təmsil edirik. Ölkəmizin çempionuyuq. Niyə də uğurlu nəticə qazanmayaq? Biz də öz şansımızdan istifadə etməyə çalışacağıq.

- Bakıda sizi hansı nəticə qane edəcək?
- Əlbəttə, qalib gəlmək istəyərdik. Ancaq növbəti mərhələ şansımızı saxlayan istənilən nəticə bizi qane edər.

- Azərbaycan çempionunun heyətində kimi qeyd edə bilərsiniz?
- Rəşad Sadıqov, Riçard Almeyda, Dani Kintana və Mişel, habelə Reynaldo. Baş məşqçinin istedadını da qeyd edərdim.

- Bir neçə yeni transfer reallaşdırmısınız. Bu, ÇL-dəki məqsədlərin ciddiliyindən xəbər verir, yoxsa növbəti mövsümə hesablanmış addımdı?
- Hədəfimiz ölkə çempionluğunu qorumaqdı. Əlbəttə ki, ÇL-də də uğurlu nəticə qazanmağı da arzulayırıq.

- Baş məşqçi kimi 30 min azarkeşin önündə dayanmaq sizə nəsib olubmu?
- Futbolçularım yığmada 50-60 minlik azarkeş ordusu qarşısında oynayıblar. Elə özüm də futbolçu kimi bu həyəcanı yaşamışam. Bəli, baş məşqçi kimi belə bir hal olmayıb. Ancaq düşünmürəm ki, bu, mənə ciddi problem yaşada.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail