Avropada yeni çempion- Portuqaliya xalqı kef edir - YENİLƏNİB

11.07.2016 | 6780 dəfə oxunub

Sayca 15-ci olan Avropa çempionatı bu gün başa çatır. Stadium.Az xəbər verir ki, düz 31 gün davam turnir bu gün çempionunu bəlli edəcək. Bildiyiniz kimi, finalda ev sahibi Fransa millisi Portuqaliya seçməsiylə üz-üzə gələcək. Bu komandalar çempion olanı tarixə düşəcək.

Kriştianu Ronaldonun komandası bunu bacarsa həm tarixində çempionluğunu, həm də qalib olan 10-cu milli olacaq.

Fransızlar isə çempion olacaqları təqdirdə indiyədək yalnız İspaniya və Almaniyanın əldə etdiyi üçqat Avropa çempionu tituluna sahib çıxacaqlar.Bundan öncə onlar 1984 və 2000-ci illərdə bu turnirin qalibi olublar.

həlledici qarşılaşmalarda qələbə əldə edən "üçrənglilər" uğurunu təkrarlasa rekorda şərik çıxacaq. Söhbət üçqat Avropa çempionluğundan gedir. Bunadək yalnız Almaniya və İspaniyanın reallaşdırdığını təkrarlamaq üçün Fransa doğma azarkeşləri önündə qələbə qazanmalıdı. Maraqlı məqam odur ki, fransızlar ev sahibliyi etdiyi və finala çıxdığı turnirlərdə çempion olublar. Onlar bunu 1984-cü ildə Avropa, 1998-ci ildə isə Dünya çempionatında ediblər. 

Oyun Fransa millisinin baş məşqçisi Didye Deşam üçün də tarixi önəm daşıyır. Belə ki, 2000-ci ildə futbolçu kimi Fransa millisiylə Avropa çempionluğunu qazanan Deşam bunu bu gün də baş məşqçi olaraq çempion olarsa, bunu əldə edən ikinci şəxs olacaq.

Bunu bacaran ilk şəx isə Azərbaycan millisinin eks baş məşqçisi Berti Foqtsdur.

Bu oyun həm də bu il üçün Avropanın ən yaxşı futbolçusunu bəlli edəcək. Belə ki, mütəxəssislərin fikrinə görə, Fransa qalib olsa olanetin ən yaxşı futbolçusu hazırda 6 qolla Avro-2016-nın bombardiri olan Antuan Qrizman, Portuqaliya çempion olarsa isə Kriştianu Ronaldo olacaq. 

Avro-2016, 10 iyul

Final

Portuqaliya - Fransa 1:0

Qol: Eder 109 

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)

23:00. Sen-Deni. "Stad de Frans"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail