Avropa çempionatlarının bütün finalları

10.07.2016 | 3070 dəfə oxunub

Bu gün 15-ci Avropa çempionatı başa çatır. Stadium.Az xəbər verir ki, Avropa Çempionatında azarkeşlər üçün cavabı naməlum olan bir sual qalıb - Portuqaliya, yoxsa Fransa?

"Avro-2016"nın ev sahibi, Fransa millisi artıq həmvətənlərinin 1984 və 1998-ci illər turnirlərindəki uğurlarını təkrarlamağa çox yaxındır. Finalda "xoruzlar"ı 2004-cü ildən bəri Avro həsrətində olan Portuqaliya millisi gözləyir.

Avropalı braziliyalıların 31 yaşlı lideri 12 illik fasilədən sonra yalnız turnirin qızıl medalına köklənib. Bir sözlə, Portuqaliyanı finala daşıyan Kriştiano Ronaldo artıq qızılın da keyfiyyətini yoxlamadan keçirməyi arzulayır.

Maraqlı məqam odur ki, Portuqaliya və Fransa millilərinin öz aralarında keçirdikləri son 10 matçın hamısında "xoruzlar" qələbə qazanıblar.

1960-cı ildən keçirilən turnirin 46 illik tarixində 9 komanda çempion olub. Bu say sabah 10-a çata bilər. Belə ki, Fransa bundan əvvəl iki dəfə (1984, 2000) çempion olubsa, Portuqaliya cəmi bir dəfə final həyəcanı yaşayıb və Yunanıstana uduzub.

Ən çox Avropa çempionu olmuş komandalar Almaniya və İspaniyadır - 3 dəfə. Onları 2 çempionluqla Fransa izləyir. Bu isə sabahkı finalın nəticəsindən asılı olmayaraq iki komandanın zirvədə qalacağı deməkdir. Ən yaxşı halda Fransa onların rekorduna şərik çıxa bilər.

SSRİ, İtaliya, Çexiya, Hollandiya, Danimarka və Yunanıstan hərəyə bir dəfə çempionluq sevinci yaşayıb. İlk Avropa çempionu olmuş SSRİ artıq tarixin yaddaşına köçüb və yerində 15 dövlət yaranıb. Daha bir dövlət - 1960-1968-ci illərdə finalda oynamış Yuqoslaviya da artıq süquta uğrayıb və yerində 8 müstəqil respublika qurulub.

1960 SSRİ - Yuqoslaviya 2:1

1964 İspaniya - SSRİ 2:1

1968 İtaliya - Yuqoslaviya 1:1, 2:0

1972 Qərbi Almaniya - SSRİ 3:0

1976 Çexoslovakiya - Qərbi Almaniya 2:2 (penalti - 5:3)

1980 Qərbi Almaniya - Belçika 2:1

1984 Fransa - İspaniya 2: 0

1988 Hollandiya - SSRİ 2:0

1992 Danimarka - Almaniya 2:0

1996 Almaniya - Çexiya 2:1

2000 - Fransa - İtaliya 2: 1

2004 Yunanıstan - Portuqaliya 1:0

2008 İspaniya - Almaniya 1:0

2012 İspaniya - İtaliya 4: 0

2016 Fransa - Portuqaliya

Bütün dünyanın səbirsizliklə gözlədiyi qarşılaşma iyul ayının 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail