Abramoviç öz yaxtasında Messiylə futbolçunun "Çelsi"yə transferi barədə görüşüb

09.07.2016 | 3079 dəfə oxunub

İspaniyanın “Barselona”  klubunun argentinalı ulduzu Lionel Messinin klubdan ayrılmaq üçün hərəkətə keçdiyi iddia edilir.

Stadium.Az xəbər verir ki, argentinalı futbolçunun atası Corc Messi bu yaxınlarda Çelsi klubunun sahibi Roman Abramoviç ilə oğlunun transfer edilməsi ilə bağlı görüş keçirib.

Rus iş adamının 1.5 milyard funt-sterlinq dəyərindəki super lyuks "Eclipse" yaxtasında keçən görüşdə Corc Messi oğlunun transferi üçün Abramoviçdən illik transfer haqqı tələb edib.

İyulun 6-da “Barselona”  klubunun ulduzu Lionel Messi barədə məhkəmə tərəfindən 21 aylıq  həbs qərarı çıxarılıb. Bundan əlavə, vergidən yayındığı üçün argentinalı futbolçu iki milyon cərimə ödəməlidir.

Müstəntiqlər məşhur futbolçu və onun atasının gəlirlərin bir hissəsinin gizlətməsi üçün ofşor sxemlərindən istifadə etdiyini sübut edib.

2013-cü ildə vergidən yayındıqları üçün İspaniya məhkəməsi Leo və atası Xorxe Messi barəsində həbs qərarı verib. Argentinalı 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılıb.

Barselona Prokurorluğu bu məsələdə bütün məsuliyyətin futbolçunun atasının üzərinə düşdüyünü qeyd edib.


Roman Abramoviç və Corc Messi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail