Şahin Diniyev: "Kəpəz" tarix yazdı"

07.07.2016 | 3777 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasında Moldova "Daçiya"sına səfərdə 1:0 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun keçdi. Taktiki cəhətdən intizamlı çıxış etdik. Rəqib bizi təzyiq altında saxladı. Mərhələni kim keçsəydi, o buna layiq idi. Futbolçularıma təşəkkür edirəm. Uzun yol, isti hava oyunumuza çox təsir etdi. Tezliklə 50 yaşım olacaq. Fikrimcə, bu, yubileyimə ən yaxşı hədiyyə olacaq.    

- Növbəti mərhələdə rəqibiniz Avstriyanın "Admira Vakker" komandası olacaq...

 - İştah diş altındadır. Məncə, bu gün "Kəpəz" tarix yazdı. Bunun davamını gətirməyə çalışacağıq. Gücümüz "Admira"dan azdır. Bunu etiraf edirik. Amma şanslarımızdan maksimum yararlanmalıyıq. 

- "Daçiya" sizi nə iləsə təəccübləndirdi?

- Bu gün rəqib mərhələyə keçməyə layiq idi. Futbolçular topla yaxşı rəftar və hərəkət edirdilər. İlk oyundan sonra "Daçiya"nın taktikasını öyrənmişdik. Müdafiədə və mərkəzdə kompakt oynamaqla, əks-hücumlara bel bağladıq ki, bunun da sayəsində qələbə qazandıq. "Daçiya" yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Adlan Şişxanova da təşəkkür edirəm. O, əsl kişilik göstərdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail