Poqba "Mançester Yunayted"ə keçir?

06.07.2016 | 3725 dəfə oxunub

Yeni baş məşqçisi Joze Mourinyo ilə 2016/17 mövsümünə damğa vurmaq istəyən "Mançester Yunayted" heyətinə dünya ulduzlarını qatmağa davam edir.

Stadium.Az xəbər verir ki, "Borussiya"dan (Dortmund) Henrix Mxitaryanı, "Vilyarreal"dan Erik Banllini və PSJ-dən Zlatan İbrahimoviçi heyətinə qatan Mançester təmsilçinin növbəti transferi sözün əsl mənasında bomba effekti yaradacaq.

İddialara görə, Mourinyonun komandasının əsas hədəfəi Paul Poqbadı. "Daily Mail"in xəbərinə görə, bu transfer üçün kassasını tamamilə açan "Mançester Yunayted" "Yuventus"a 120 milyon avro (təxminən 206 milyon manat) təklif etməyə hazırlaşır. 

2009-2012-ci illərdə komandanın formasını geyinən və 2011/12 mövsümündə əsas heyətə cəlb olunan fransız yarımmüdafiəçi 2012-ci ildə transfer haqqı ödənmədən "Yuventus"akeçib. 23 yaşlı ulduz başa çatan mövsümdə oynadığı 49 oyunda 10 qol vurub.

Hazırda italyan klubunun şərəfini qoruyan Poqba "Mançester Yunayted"in yetirməsidir. Ötən il dekabrın 16-da "Çelsi"dən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyer Liqanın və Liqa Kubokunun qalibi etmişdi.

Lakin cari mövsümdə komanda uğursuz çıхış edib. Premyer Liqadan fərqli olaraq Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail