Mübariz Mənsimov iflas olması xəbərlərindən danışdı - GENİŞ MÜSAHİBƏ VİDEO

04.07.2016 | 6454 dəfə oxunub

"Biz küllərdən yenidən doğulub çıxan insanlarıq. Ən aşağı düşüb-yenidən zirvəyə qalxa bilərik".

Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətləri qrupunun rəhbəri Mübariz Mənsimov ANS-in Türkiyəyə ezam edilmiş müxbiri Pərviz Sultansoya müsahibəsində bildirib.

Mübariz Mənsimov haqqında müflis olması barədə dolaşan söz söhbətlərə aydınlıq gətirib. Bildrib ki, dünyanın hər yerində yaşanan iqtisadi böhranın "Palmali" şirkətlər qrupuna da öz təsirini göstərməsi normaldır.

O, "Palmali"nin sadəcə dənizçilikdən kənar bütün işlərdən geri çəkildiyini, maliyyənin əsas işə yatırılacağını qeyd edib.

"Palmali"nin iflas etmədiyini vurğulayan şirkət rəhbəri bir dənizçilik şirkəti olaraq 20 ildir fəaliyyətini davam etdirdiyini, sevilən və özünü isbat edən bir şirkət oldunu diqqətə çatdırıb: "Bizim içimizdə bir qısqanclıq var. Bu gün bu qısqanclıqları aşmalıyıq. Əgər bir azərbaycanlı iş adamı varsa, ona dəstək olmaq lazımdır. Ucuz sifarişlərlə, qara piarlarla məşğul olan insanlara sadəcə gülərək keçirəm. Bu cür işlərlə məşğul olanlar bu gün Azərbaycan prezidentinin yürütdüyü siyasətə zidd hərərəkət edən və sərbəst rəqabətin qarşısını kəsən insanlardır".

Yeni gənc kadırların yetişəcəyini, gənc iş adamlarının sayının daha da artacağını söyləyən azərbaycanlı iş adamı bunun qarşını heç bir qüvvənin ala bilməyəcəyini qeyd edib.

"Azərbaycan xalqı intelektual, zəngin və yaradıcıdır. Azərbaycanlılar ticarətin ustadıdır. Qara piarla məşğul olanlara buradan səslənərək bildrirəm ki, sizə ayıb olsun",- deyə "Palmali" Şirkətlər Qrupunu rəhbəri bəzi mənfi qüvvələri tənqid edib.

Adının İŞİD-lə bir arada çəkilməsi məsələlərinə toxunan iş adamı "Palmali"nin nəinki İŞİD-in, hər hansı bir qanunsuz şirkətin bu günə qədər heç bir işini görmədiyini və bundan sonra da görməyəcəyini vurğulayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail