"Qarabağ" Avstriya çempionu oldu

02.07.2016 | 6497 dəfə oxunub

Vyananın "Qarabağ" klubu həm özü üçün, həm də Avstriya futbolunda yeni tarix yazıb. Stadium.Az xəbər verir ki, Avstriya futbolu tarixində ilk dəfə əcnəbilərin yaratdığı bir klub ölkə çempionu olub.

Bu ölkənin gücünə görə beşinci liqasında çıxış edən "Qarabağ" mövsümün sonuna iki tur qalmış çempion olub. Nəticədə komanda Avstriyanın 4-cü liqasına yüksəlib.

Sözügedən çempionluq Vyana təmsilçisinə Avstriya kubokunda iştirak etmək hüququ da qazandırıb. Hansı ki, bu turnirdə mükafatlar uğrunda Birinci Liqa, Bundesliqa təmsilçiləri də mübarizə aparır. "Qarabağ"ın kubokdakı rəqibi isə ölkənin ən titullu komandalarından biri - Vyana "Rapid"i olacaq.

Təbii ki, bu, "Qarabağ" üçün tarixi bir hadisədir. Komanda Avstriya kubokundakı debüt matçında belə ciddi rəqiblə qarşılaşacaq. Amma bu, həm də komanda üçün özünü göstərmək baxımından bir şansdır.

Qeyd edək ki, "Qarabağ" 2014-cü ildə Azərbaycan və Avstriya arasındakı əlaqələrin yaxşılaşdırılması münasibətilə yaradılıb. Aydın məsələdir ki, Qarabağ adının bu şəkildə tanıdılması Azərbaycan üçün böyük önəm kəsb edir.

"Qarabağ"ın baş meneceri Ramin Şükürov klubun fəaliyyəti barədə söz açıb: "Biz bu klubla iki ölkəni - Azərbaycan və Avstriyanı birləşdirmişik. Futbol dünyada ən populyar idman növüdür. Eyni zamanda "Qarabağ" rəhbərliyi bu komandanı daha üst səviyyəyə çıxarmağa çalışır. Əsas heyətlə yanaşı, klubumuzda 7-dən 18 yaşadək uşaqlar üçün də komandalar yaradılıb".

"Qarabağ"ın hətta kiçik fan-klubu da var: "Fan-klub əsasən avstriyalılardan təşkil olunub. Amma biz azərbaycanlı azarkeşlərin də dəstəyini görməyə şad olarıq. Oyunlarımız, digər fəaliyyətlərimiz barədə məlumatları "Facebook" və" "Instagram" kimi sosial şəbəkələrdən almaq mümkündür".

Bu klubun prezidenti Orxan Vəliyevdir. O, Avstriyada Dövlət İqtisad Universitetində ali təhsil alıb. Klub rəhbərliyi dörd Azərbaycan, iki Avstriya vətəndaşından ibarətdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail