3 cüdoçumuz Ulan-Bator Qran Prisində mübarizəyə başlayıb

01.07.2016 | 2655 dəfə oxunub

Azərbaycanın 3 cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Qran Pridə mübarizəyə başlayıb. 

Stadium.Az xəbər verir ki, ilk yarış günündə Rasim Alməmmədov, Davud Məmmədsoy (hər ikisi 60 kq) və Vüqar Şirinli (66 kq) döşək üzərinə çıxıb.

1/4 finaldan mübarizəyə qoşulan Alməmmədov ilk görüşdə rusiyalı Albert Monquşa məğlub olub. Təsəlliverici görüşdə də Rusiya idmançısı ilə üz-üzə gələn təmsilçimiz növbəti dəfə məğlubiyyətlə üzləşib.

Eyni çəkidə çıxış edən Davud Məmmədsoy 1/4 final mərhələsində monqolustanlı Ser-od Nasanyarqalla qarşılaşıb. Mübarizəni məğlub tərk edən Məmmədsoy təsəlliverici görüşdə rusiyalı Maksim Burnaşevə qalib gələrək bürünc medal qazanmaq şansı əldə edib. Həlledici yarışda azərbaycanlı idmançının rəqibi R.Alməmmədovu məğlub edən rusiyalı Albert Monquş olacaq.

66 kq-da isə Vüqar Şirinli Monqolustan idmançısı Erkhembayar Battoktoxa məğlub olub. Təsəlliverici döyüşdə erməni əsilli rusiyalı Paylak Qaloyanı udan Şirinli bürünc medal qazanmaq üçün Sloveniya idmançısı Andraz Jerebidən üstün olmağa çalışacaq.

Qran Priyə iyulun 3-də yekun vurulacaq. Azərbaycan turnirdə 9 cüdoçu ilə təmsil olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail