Tale Heydərov: “Büdcənin çoxaldılmasından söhbət gedə bilməz” - MÜSAHİBƏ

01.07.2016 | 3840 dəfə oxunub

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda Gürcüstanın “Samtredia” klubunu 5:1 hesabıyla məğlub etdi. Oyundan sonra “Qəbələ”nin prezidenti Tale Heydərov Stadium.Az saytının əməkdaşının da suallarını cavablandırıb: 

- Çox sevindirici haldır ki, belə hesabla qalib gəldik. Ancaq bu hesab hər şey demək deyil. Ümid edirik ki, gələn oyunlarda da belə futbol sərgiləyəcəyik.

- Hesab aydındır. Bəs komandanın oyununu bəyəndiz?

- Demək çətindir. Hesabı nəzərə alsaq hər şey yaxşıdır. Hesab edirəm ki, gözəl oyun oldu. Qarşıdakı oyunlardan sonra komandanın necə futbol oynadığını demək daha asan olacaq.

- Yeni transferlər barədə nə düşünürsüz?

- Şəxsən yeni transferləri bəyəndim. Fikrimcə pis transferlər deyil. Ancaq onları daha çətin rəqiblərlə oyunlarda sınamaq, qiymət vermək lazımdı. İndiyədək izlədiyim ən rahat oyunumuz idi.

- Yeni transferlər gözlənilirmi?

- Bəli, yeni transferimiz olacaq. İndi bir hücumçu axtarırıq. Yaxınlarda onu da transfer edəcəyik.

- İlkin təsuratınız necədir, indiki komanda daha yaxşı təsir bağışlayır, yoxsa ötən mövsümkü?

- Bunu da demək çətindir. Ən azından keş ilki komandadan pis deyil. Ola bilsin ki, daha yaxşıdır, amma bunu da qarşıdakı oyunlar göstərəcək.

- Komandanızın qarşısına hansı hədəfi qoymusuz?

- Hədəf həmişə daha da irəli getməkdir. Hədəfimiz ötən mövsümkündən daha yaxşı nəticə göstərməkdir.

- İlk oyunda 3 qol vuran Uiks barədə nə deyə bilərsiz?

- Bu, gözlənlməz idi. Biz bu oyunda 3 qol vurmağımızı gözləmirdik, nəinki bunu bir futbolçunun etməsi olsun. Çox gözəl qollar idi.

- Ötən mövsümün sonundakı uğursuz çıxışdan sanki incik düşmüşdüz. Avropada yenidən qazanılacaq uğur komandaya olan inamı geri qaytara bilər?

- Mənim komandayla bağlı hədəflərim böyükdür. Komandadan daha yaxşı nəticə gözləyirdim. Təəssüf edirəm ki, bunu doğrulda bilmədik. Ümid edirəm ki, bu oyunlarda nəsə edə bilək.

- Komandanın büdcəsi çoxaldıla bilər?

- Xeyir, əksinə, azaldılıb. Büdcənin çoxaldılmasından söhbət gedə bilməz. Bəli, bu, ölkədə yarananan maliyyə problemləriylə bağlıdır. Həm də, aha az pul xərcləməklə də uğur qazanmaq olar. Biz çalışırıq ki, dəqiq transferlər edək. Transferlərdə daha yaxşı seçim etməklə daha az pul xərcləmək və uğur qazanmaq mümkündür.

- Gənc oyunçular da meydana çıxmışdı. Bu onu göstərir ki, zamanla sizin komanda öz yetirmələrinə üstünlük verəcək?

- Bəli. Məşqçinin də qarşısına məqsəd qoyulub ki, daha çox yerli futbolçuları və akademiya üzvlərini meydana buraxsın. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail