"Qəbələ" yeni transferini rəsmən açıqladı - FOTO

29.06.2016 | 3464 dəfə oxunub

2016/2017-ci mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçu ilə heyətini gücləndirib.  

Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” fransalı hücumçu Baqali Dabonu transfer edib. 

28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı “Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.

“Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində “İvri” (2008-2011), “Kretey” (2011-2013, 2014-2016) və “İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu “Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail