Messiyə heykəl qoydular FOTOLAR

29.06.2016 | 3028 dəfə oxunub

Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina millisi ilə vidalaşan Lionel Messi üçün heykəl ucaldılıb. Stadium.Az xəbər verir ki, heykəlin açılışı zamanı şəhər meri Orasio Rodriges Larreta qərarını dəyişməsi üçün Messiyə müraciət edib.

"Bir futbol azarkeşi kimi səndən xahiş edirəm, Leo, qərarını dəyiş. Sənə olan sevgimiz və dəstəyimizin əlaməti olaraq Paseo de la Qloriyada sənə heykəl ucaldırıq", - deyə mer bildirib.

Argentina yığmasının və "Barselona"nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub. Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib.

Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyununun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çilililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub. Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.

"Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır", - deyə 29 yaşlı hücumçu bildirib.

Finalda məğlubiyyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu "Barselona”nın uğurları üçün çalışacağını bildirib.


Messinin heykəli


Messinin heykəli






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail