Boks millimiz "Rio-2016"ya tam heyətlə

25.06.2016 | 4049 dəfə oxunub

Azərbaycanın daha bir boksçusu Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Buna Bakıda keçirilən boks üzrə Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı nail olub.

Azərbaycanlı boksçunun 1/4 finalda məğlub olduğu İrlandiya boksçusu Maykl Oreylinin türkmənistanlı rəqibi Açilovun görüşə çıxmaqdan imtina etməsi səbəbindən 75 kq çəki dərəcəsində final görüşü baş tutmayıb. Nəticədə Kamran Şahsuvarlı beşinci vəsiqənin sahibi olub.

Bununla da Azərbaycanın kişilərdən ibarət boks üzrə yığma komandası tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq. Bunadək ən yüksək nəticəmiz 12 il əvvəl Afina Yay Olimpiya Oyunlarında qeydə alınıb. Əlcək ustalarımız sözügedən yarışda 9 nəfərlə təmsil olunmuşdu. İndi isə Azərbaycan 10 çəki dərəcəsində təmsil olunacaq. Qadın boksunda yeganə lisenziyamızı Anna Alekseyevna qazanıb. Boks yığmamızın bu uğuru güləş millisindən sonra ikinci belə nailiyyətdir. Fərq yalnız güləşdə daha az çəki dərəcəsində lisenziya qazanmağımızdır.

Bakıdakı boks turnirinə isə bu gün yekun vurulacaq. Finalda artıq Rio-2016-ya yüksələn iki təmsilçimiz yarışacaq. Finalda Rüfət Hüseynov ispaniyalı Samuel Karmona, Teymur Məmmədov isə almaniyalı Serge Mixellə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail