2 idmançımızın olimpiadaya lisenziyası ləğv edildi

23.06.2016 | 2820 dəfə oxunub

Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan lisenziyadan məhrum edilib.

Stadium.Az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qərar qəbul olunub.

Qərara əsasən, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Nəticədə ölkəmiz "Rio-2016"da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

Ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş Dünya çempionatında 6 atletimiz dopinq-testdən keçə bilməyib. Onlardan 5-i 8 il, 1-i isə 4 il müddətinə diskvalifikasiya olunub. Eyni zamanda son 2 olimpiadada verilmiş dopinq-testlərin yenidən yoxlanılması nəticəsində İntiqam Zairovla Boyanka Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb. Ötənilki Dünya çempionatında Azərbaycan 4 kişi ağırlıqqaldıranı lisenziyaya sahib olmuşdu. Builki Avropa çempionatından sonra isə Boyanka Kostovaya güzəştli şərtlə lisenziyanın veriləcəyi gözlənilirdi (Report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail