Nizami Paşayevi millidən qovdular

21.06.2016 | 3395 dəfə oxunub

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər vəzifələrində dəyişiklik baş verib. Stadium.Az xəbər verir ki, Ruslan Xanverdiyev vitse-prezident, Rizvan Rəsulov baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. Millinin baş məşqçisi Nizami Paşayev isə vəzifəsindən qovulub. 

Yeni vəzifələrə təyinatdan sonra AAAF prezidenti Cahangir Əsgərov müşavirə keçirib. O, idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadənin təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Federasiyadan bildirilib ki, hazırda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına fəal hazırlıq gedir. Ən yaxın zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti formalaşdırılacaq və bu barədə əlavə məlumat veriləcək.

Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə, AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) apellyasiya şikayəti göndərib. Federasiya ümid edir ki, qısa müddətdə şikayət müsbət həllini tapacaq və Kostova "Rio-2016"da iştirak edəcək.

IWF Azərbaycanın altı atletini 2015-ci il dünya çempionatı zamanı dopinq-testdən keçə bilmədiyi üçün uzun müddətə diskvalfikasiya edib. Onlardan beşi 8 il, biri 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Eyni zamanda 2008-ci il Pekin və 2012-ci il London olimpiadasında çıxış etmiş ağırlıqqaldıranların dopinq-testlərinin təkrar analizləri nəticəsində müvafiq olaraq, İntiqam Zairov və Boyanka Kostovadan istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail