"Bakılı" klubunun prezidentinin ölkədən çıxmasına qadağa qoyuldu

16.06.2016 | 3551 dəfə oxunub

Vergilər Nazirliyi Azərbaycandan getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin, icra orqanları rəhbərlərinin siyahısını yeniləyib. 

Stadium.Az xəbər verir ki, vergi borcu səbəbindən sanksiyaya məruz qalmış 144 şəxs siyahısında idmanla bağlı üç nəfər yer alıb.

Bunlardan biri isə "Bakılı" futbol klubunun prezidenti Misir Əbilovdur. M.Əbilov "Aztrubservis" müəssisəsinin nümayəndəsi kimi belə bir qadağa ilə üzləşib. Bir müddət öncə o, hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ildə İmran adlı şəxs onun etibarından sui-istifadə edərək 39 min manatını alıb, lakin qaytarmayıb.

Daha bir şəxs isə "Karvan İdman Klubu" MMC-dən Əli Abdulrəhmanovdur.

Hər üç şəxsin vergi borcu açıqlanmır. Onların ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail