Valentin Xristov: "O vaxta kimi erməni Ayan gəbərəcək"

14.06.2016 | 4243 dəfə oxunub

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov ona Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) verdiyi 8 illik diskvalifikasiya qərarını şərh edib. 22 yaşlı idmançı açıqlamasında İWF prezidenti Tamaş Ayanı ittiham edib.

Dopinq-testdən keçə bilmədiyi üçün karyerasında ikinci dəfə cəzalanan V.Xristov deyib: "Erməni Ayan bizi idmançı kimi məhv etdi. Bunu qəsdən etdi. Təəssüf ki, bizə heç kim kömək etmədi. Cəzadan əziyyət çəkəcəyik. Azərbaycanda hamı bilir ki, orqanizmim tamamilə təmizdir. Amma gördüyünüz kimi, 8 il müddətinə cəzalanmışıq. Halbuki Ayan yaxınlarda Azərbaycana səfəri zamanı söz vermişdi ki, dopinq-testdə ilişən idmançılara kömək edəcək. Amma bu erməni heç bir köməklik göstərmədi. Əksinə, hər şeyi özü etdi".

Bolqarıstan əsilli atlet idmandan kənarlaşdırıldığı 8 il ərzində nə edəcəyini bilmədiyini söləyib: "12 ildir ağırlıqqaldırma ilə məşğulam. Karyeramı 22 yaşımda başa vurmaq mənə çox çətindir. Çünki daha 10 il Azərbaycan bayrağını ucalda bilərdim. 2011-ci ildə Azərbaycana gəldim, 17 yaşımda ikən böyüklər arasında Avropa çempionatında qızıl medal qazandım. Bundan sonra ovaxtkı məşqçim Zlatan Vanev Bolqarıstandan zəng edərək, məni 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlamaq istədiyini bildirdi. Amma təklifdən imtina edərək, Bakıda qaldım və azərbaycanlı qızla ailə qurdum. Hazırda 2 övladım var".

V.Xristov cəzasına yenidən baxılmasa, 8 il gözləyəcəyini bildirib: 2023-cü ildə 30 yaşım olacaq. Amma yenə "körpücük" üzərinə çıxacağam. Tam əminəm ki, təmizəm. 8 ildən sonra rahat çıxış edə biləcəyəm. Çünki o vaxtadək, yəqin ki, Ayan gəbərəcək".

Qeyd edək ki, Valentin Xristov ikiqat Avropa çempionu və dünya çempionatının ikiqat bürünc mükafatçısı olub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycana 56 kq çəki dərəcəsində bürünc medal qazandırıb. Bu, ölkə tarixində ağırlıqqaldırma növündə ilk və yeganə medaldır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail