Məhəmməd Əli dəfn edilib - FOTO

11.06.2016 | 4282 dəfə oxunub

ABŞ-da tənəffüs yollarındakı çatışmazlıq  səbəbiylə 74 yaşında həyatını itirən əfsanəbi boksçu Məhəmməd Əli son mənzilə yola salınıb. Stadium.Az xəbər verir ki, Məhəmməd Əlinin qəbri doğulduğu Kentucki əyalətinin Louisville şəhəri küçələrində aralarında uşaqlığının keçdiyi Grand Küçəsindəki evi, boksu öyrəndiyi idman salonu və adına qurulan muzey ilə adını daşıyan prospektin də aralarında olduğu marşrut üzərindən Cave Hill qəbiristanlığına gətirilib. Çox sayda pərəstişkarının qarşısında toplandığı qəbiristanlığın girişinin gül yarpaqlarıyla bəzəndiyi diqqətdən qaçmayıb.

Kortej, məşhur boksçu pərəstişkarlarının "Əli, Əli" səsləri, alqışlar və gözyaşları arasında qəbiristanlığa girib. Cənazə burada Məhəmməd Əlinin yalnız ailəsi və yaxınlarının qatıldığı mərasimlə torpağa verilib. Cənazələrini cənazə evindən alınaraq maşına qoyulması əsnasında tabutu məşhur idmançılar Mayk Tayson, Lennoks Levis ilə aktyor Vill Smit və Məhəmməd Əlinin yaxınları qaldırmışdı. Bu isə onun vəsiyyəti üzərinə edilib.

Məhəmməd Əli üçün son mərasim "KFC Yum! Center" da keçiriləcək. Bu mərasimdə digər dinlərdən nümayəndələr ilə fərqli cəmiyyət seqmentlərindən Məhəmməd Əlinin təxminən 15 min sevənin qatılması gözlənilir. Buradakı mərasimdə köhnə ABŞ prezidenti Bill Klintonun yanında aktyor Vill Smit, komediyaçı Billy Kristal və idman meneceri Bryant Qumbelin də çıxış edəcəyi bildirilib.

Məhəmməd Əlinin cənazə namazı dünən prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə “Freedom Hall”da qılınmışdı.

Bütün zamanların ən yaxşı boksçu olaraq qəbul edilən 74 yaşındakı Məhəmməd Əli müsəlman adət-ənənələriylə torpağa tapşırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail