AVRO-2016-da yeni futbol qaydaları

10.06.2016 | 8345 dəfə oxunub

Bu gün Fransada başlanacaq Avropa çempionatı həm də futbolda tətbiq edilən yeni qaydaların icra ediləcəyi ilk böyük turnir olacaq.

Stadium.Az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən qəbul edilən bu qərar 2016-cı ilin iyunun 1-dən qüvvəyə minib.

Qərara əsasən, start fitindən sonra topu əvvəlkitək ancaq qabağa deyil, meydanın istənilən istiqamətinə vura biləcək. Bundan başqa, zədələnən futbolçuya meydanın içində təcili tibbi yardım göstərilməsinə icazə veriləcək. Bu o halda baş verəcək ki, futbolçuya xəsarət yetirən rəqib oyunçuya qırmızı və ya sarı vərəqə göstərilsin. Bu qərar ona görə qəbul olunub ki, futbolçu zədə səbəbindən meydanı qısa müddətə də olsa tərk etsə, qaydanı pozan komanda say üstünlüyü qazanmasın.

Bundan başqa, bu turnirdə artıq iki ildir sınaqdan keçirilən başqa bir qərar qüvvəyə minəcək. Yeni qaydaya əsasən, buna qədər cərimə meydançası daxilində sonuncu ümid foluna görə hakimlərin tətbiq etdiyi cəzaya dəyişiklik edilir. Əvvəllər belə qayda pozuntusuna görə penalti verilir və qaydanı pozan futbolçu birbaşa qırmızı vərəqə alaraq oyundan çıxarılırdı. Yeni qərara görə isə əgər cərimə meydançası daxilində qapıçı və ya digər oyunçu bilərəkdən qaydanı pozmazsa, əvvəlkitək qırmızı deyil, sarı vərəqə alacaq. Sonuncu ümid folu zamanı bilərəkdən qaydanı pozan oyunçuya isə əvvəlitək qırmızı vərəqə göstəriləcək.

UEFA-nın hakimlərlərlə iş üzrə baş ofiseri Pyerluici Kollina bildirib ki, təmsil etdiyi qurum uzun illər bu qaydanın tətbiqi üzərində çalışıb: “Bu qərar futbolda ədaləti daha da bərpa edəcək. Penalti, qırmızı vərəqə və futbolçunun sonrakı oyunlar üçün diskvalifikasiyası çox ağır cəza idi. Axı, futbolçu meydanda rəqibə qarşı bilərəkdən kobudluq etmək istəməyib. Yeni qaydada penalti qazanan komandaya qol vurmaq imkanı yenidən verilir”. 

“Avro-2016”da həmçinin Avropa çempionatları tarixində ilk dəfə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək üçün xüsusi texnologiyadan istifadə ediləcək. P.Kollina bildirib ki, bu məsələdə kompüter sistemi ilə yardımçı hakimlər birgə çalışacaqlar: “Qapı xətti yaxınlığında işləyən hakimlərin başlıca vəzifəsi topun qapı xəttini keçib-keçmədiyinı aydınlaşdırmaq yox, cərimə meydançası daxilində baş verən mübahisəli epizodlar zamanı doğru qərar çıxarmaq üçüb əsas hakimə kömək etmək olacaq. Texnologiya isə yalnız topun qapı xəttini keçməsi ilə bağlı məsələni müəyyənləşdirəcək. Bu zaman yardımçı hakimlərin əsas diqqəti cərimə meydançasında baş verənlərə yönələcək. Çünki bura meydanın çox vacib hissəsidir”. 



  #1   Adınız: Tural;   E-mail: [email protected]

16.06.2016 16:22

salam . bir soz sorusum eger top qapi xettin temiz
kecmeyibse qol sayilir? xahis edirem bunun haqda melumat
paylayarsiz

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail