Əli İsmayılov: "Onun ölümü xəbəri mənə çox pis təsir etdi"

04.06.2016 | 4296 dəfə oxunub

Ümumdünya Boks Təşkilatının WBO LATINO versiyası üzrə qızıl kəmərin sahibi Əli İsmayılov ötən gecə dünyasını dəyişmiş əfsanəvi Məhəmməd Əli ilə görüşünü xatırlayıb. Stadium.Az xəbər verir ki, Əli İsmayılov bunları deyib:

"Məhəmməd Əlinin ölüm xəbərini bu səhər televiziya kanallarının birində eşitdim. Əfsuslar ki, belə oldu. Onun ölümü xəbəri mənə çox pis təsir etdi. Mən 1974-cü ildə anadan olmuşam və həmin il Əlinin karyerasının pik nöqtəsi sayılır. Valideynlərim onun şərəfinə adımı Əli qoyub. Məhəmməd Əli ilə iki görüşüm olub. Biri ABŞ-ın Texas ştatının Hysuton şəhərində keçirilmiş dünya çempionatında, digəri isə 2000-ci ildə Sidneydə keçirilmiş olimpiadada. Hyustonda öz xalatını mənə hədiyyə vermişdi. Dedi ki, bu xalat sənə uğur gətirəcək. Məhəmməd Əli mənim kumirim olub".

42 yaşlı Ə.İsmayılov Məhəmməd Əlinin şərəfinə öz oğlunun adını Məhəmməd Əli qoyduğunu söyləyib: "Oğlum olanda ona zəng elədim və dedim ki, oğlum olub, adını da Məhəmməd Əli qoymuşam. Bunu eşidəndə çox şad oldu. Onun mənə bağışladığı xalatı oğluma verəcəm. Onun uğur qazanması, Məhəmməd Əli kimi boksçu olması üçün əlimdən gələni edəcəm. İndi oğlumun şəxsi məşqçisi özüməm. Balaca Əli 6 ildir boksla məşğul olur və uğur qazanır. İnşallah, o, da XXI əsrin Məhəmməd Əlisi olacaq".

Azərbaycanlı əlcək ustası hesab edir ki, M.Əli kimi əfsanəvi insanlar dünyaya yüz ildə bir dəfə gəlir: "Onlar bütün insanlara nümunə olur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail