"Lans" Hafiz Məmmədovdan alındı

"Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin çirkin oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu"

13.05.2016 | 4485 dəfə oxunub

Paris məhkəməsi “Lans” futbol klubunun səhmlərinə nəzarət edən və azərbaycanlı keçmiş oliqarx Hafiz Məmmədova məxsus (“Hafka”) RLS Holding şirkətini müflis elan edib. Bununla da Hafiz Məmmədov iki il əvvəl aldığı “Lans” klubu üzərində mülkiyyət hüququnu itirib.

Stadium.Az xəbər verir ki, məhkəmənin belə qərar verməsinə səbəb H.Məmmədovun müflis olması nəticəsində onun klub qarşısında öhdəliklərini yerinə yetirə bilməməsidir. Hafiz Məmmədov “Lans” klubunun büdcəsinə 5.6 milyon avro vəsaiti ödəyə bilməyib. Xatırladaq ki, o, “Lans”ın səhmlərinin üçdə ikisini 20 milyon avroya almışdı, daha sonra biznesmen kluba 6 milyon avro da yatırım qoymuşdu.

Sonradan ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün o, Fransa klubuna sponsorluq etmək imkanlarını itirib.

Fransa mətbuatının yazdığına görə “Lans”ın yeni sahibi Kot-d İvuardan olan biznesmen, CKG şirkətlər qrupunun sahibi Çarlz Kader Qura olacaq. O, “Lans”ın inkişafına 30 milyon avro yatırmağa və 5.6 milyon avroluq borcunu ödəməyə hazırdır. Hafiz Məmmədov isə bu sövdələşmədən heç nə əldə edə bilməyəcək. Çünki onun şirkəti məhkəmə tərəfindən müflis elan edilib və biznesmen məhkəmə qaydasında kluba mülkiyyət hüququnu itirib. “Lans”a afrikalı biznesmenlə yanaşı “Atletico” klubunun sahibləri də iddia edir. Klubun taleyi mayın sonlarına qədər həll olunmalıdır.

H.Məmmədov virtualaz.org saytına açıqlamasında “Lans”ı itirdiyini təsdiqləyib və bunu həyatında “ən faciəli günlərdən biri” adlandırıb. “Təəssüf ki, artıq bizim üçrəngli bayrağımız artıq “Lans”ın üzərində dalğalanmır. İki il boyu mən bütün qapıları döydüm, kömək istədim, ancaq bütün kabinetlərdə mənə rədd cavabı verdilər. Axı bu təkcə Hafiz Məmmədovun yox, bütün ölkənin şərəfi idi! Təəssüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin çirkin oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu”.
 
H.Məmmədovun bildirdiyinə görə, ona borclu olan bəzi adamlar və şirkətlər də vədlərinə xilaf çıxıblar, borclarını ödəməyiblər: “Mənim bütün şirkətlərim defolta yuvarlandı, banklarla problem başladı. Bu vəziyyətdə klubu əldə saxlamaq üçün mənə kömək etməli idilər. Mən klubu Azərbaycanın istənilən oliqarxına güzəştə getməyə hazır idim, ancaq heç kim razılaşmadı. Beləliklə, biz “Lans”ı itirdik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail