Cüdoçularımızdan 4-ü məğlub oldu - YENİLƏNİR

13.05.2016 | 3261 dəfə oxunub

Bu gün Qazaxıstanın Almatıda şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib. Stadium.Az xəbər verir ki, Olimpiya mərhələsində bu seriyadan sonuncu olan turnirin ilk günündə tatami üzərinə Azərbaycan millisinin 5 üzvü çıxıb.

Kişilər

60 kq

Sadiq Məhərrəmov ilk görüşdəcə məğlubiyyətə üzülüb. O, misirli Əhməd Abelrahmanla bacarmayıb.

Ondan fərqli, Vüqar Şirinli Qran-priyə qələbə ilə başlayıb. Həmyerlimiz Aaron Kunihironu (ABŞ) mübarizədən kənarlaşdırıb. Lakin cüdoçumuz bunun ardını gətirə bilməyib. O, ikinci görüşündə yerli Kiliş Yerenkayipova ipponla uduzub.

66 kq

İlk 2 mərhələdə azad olan İsgəndər Talışınski yarışa 1/8 finaldan başlayacaq. İdmançımız Yoşiro Maruyama (Yaponiya) ilə üz-üzə gələcək.

Millimizin təcrübəli üzvlərindən olan Tərlan Kərimovun da ilk görüşü uğurlu alınmayıb. O, 1/16 finalda qazaxıstanlı Azamat Mukanova ipponla məğlub olub.

Qadınlar

48 kq

Ayşə Qurbanlı da turnirlə vaxtından əvvəl vidalaşıb. Həmyerlimiz birinci qarşılaşmasında indoneziyalı Kusumavardini Susantiyə ipponla qalib gəlsə də, ardınca fransalı Laetitya Payetə 3 dəqiqə 56 saniyəyə uduzub.

Azərbaycan millisi 3 gün davam edəcək yarışa 14 cüdoçu ilə qatılıb.

Olimpiya tsiklində reytinq xalı verəcək sonuncu – “Masters” yarışı mayın 27-29-da Meksikada baş tutacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail