Azərbaycan Kikboksinq Federasiyası yeni klubun açılışında - FOTO

12.05.2016 | 3740 dəfə oxunub

Bu gün Azərbaycan Kikboksinq Federasiyasının "Fighter" (Fayter) kikboksinq klubunun açılış mərasimi olub.
Stadium.Az xəbər verir ki, açılış mərasimində ölkənin tanınmış idman xadimləri iştirak ediblər.
Açılış lentini kəsən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev iştirakçıları təbrik edib.
“Çalışdığımız qədər ölkənin idman həyatında fəal olmağa çalışırıq. Bu gün Binəqədi rayonunda yerləşən “Fayter” Kikboksinq Klubunun açılışı bu işlərin davamı kimi qiymətləndiririk. Nə qədər, belə zallarımız çox olarsa, bir o qədər çox uşaqlarımız idmana maraq göstərərlər. Başda “Fayter” Kikboksinq Klubunun rəhbəri Tural qardaşımız olmaqla, əziyyət çəkən bütün dostlara öz təşəkkürümü bildirirəm. Millətimiz üçün xeyirli və uğurlu olsun”,-deyə millət vəkili qeyd edib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı, AKF baş katibi Oruc Məmmədli, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, Qüdsi Bayramov çıxış edərək bu gün ölkədə idman prosesi və yeni idman zallarının açılışları ilə bağlı fikirlərini bildiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail