Karate millimiz Avropada 3-cü oldu

10.05.2016 | 3548 dəfə oxunub

Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar.

Stadium.Az xəbər verir ki, 2 qızıl və 1 bürünc medal qazanan milli komandamız mükafatlara sahib ola bilən 21 ölkə arasında yerli fransızlar və ikinci yerdəki ispanlardan başqa avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayıb. 

4 qat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. 

Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca  Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub.

Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.  

51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail