«Qəbələ» Futbol Akademiyasına seçilmək istəyirsiniz?

09.05.2016 | 3454 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir. Seçimlər Qəbələ şəhər stadionunda 22-24 may tarixlərində 2000 - 2008-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65
Email: [email protected]

Seçim tarixləri:

Qəbələ Şəhər Stadionu
22 may – 2000, 2001, 2002, 2003-cü il təvəllüdlü futbolçular
23 may – 2004, 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü futbolçular
24 may - Final seçimləri

Seçimlər saat 10:00-da başlayacaq. 

Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. Seçim mərhələlərini uğurla adlayan yeniyetmələr 25-30 may tarixlərində "Qəbələ" Futbol Akademiyasında qalacaqlar və onlar haqda yekun qərar veriləcək. Yaşı daha yuxarı olan futbolçular üçün seçimlər növbəti mövsümün əvvəlində təşkil olunacaq və bu barədə öncədən məlumat veriləcək.

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail