Rafael Ağayev 13-cü dəfə Avropa çempionu olmasından danışdı

08.05.2016 | 3192 dəfə oxunub

Azərbaycan karateçisi Rafael Ağayev Fransanın Monpelye şəhərində keçirilən karate üzrə 51-ci Avropa çempionatının qalibi olub.

Stadium.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı karyerasında 13-cü dəfə qitənin ən güclüsü olub. 

Ardıcıl olaraq, andorralı Serxi Herveri 5:0, avstriyalı Stefan Pokornını 4:0, macar Qabor Harspatakini 1:0 hesabı ilə məğlub edən Ağayev yarımfinalda fransalı Loqan da Kostanı 6:0 hesabı ilə üstələyib. Həlledici qarşılaşmada isə o, türkiyəli Erman Eltemuru yenib - 3:0. 

46 ölkədən 437 idmançının qatıldığı Avropa çempionatında İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyevadan ibarət qadınlardan ibarət Azərbaycan millisi karatenin komanda kumite növündə finala yüksəlib. Bu gün keçiriləcək həlledici qarşılaşmada rəqib Xorvatiya olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail