Bakıda "Böyük Dəbilqə"də son gün: Millimiz medal qazana bilmədi - YENİLƏNİB

08.05.2016 | 3686 dəfə oxunub

Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə bu gün yekun vurulacaq. Stadium.Az xəbər verir ki, son gündə Azərbaycanın 10 kişi cüdoşusu mübarizə aparır.
 
90 kq
Bu çəkidə çıxış edən Tural Səfquliyev ilk mərhələdə mərakeşli İmad Abdallaouini məğlub edib. Cüdoçumuzun növbəti rəqibi monqolustanlı Altabaqana Qantulqadır. Səfquliyev bu görüşdə məğlub olub. 
 
Birinci mərhələdən azad olan Məmmədəli Mehdiyevin rəqibi Saed Moradi (İran) - Hatem Abdel Akper (Misir) cütünün qalibi olub. Təmsilçimiz misirli cüdoçu, ardından polşalı Patrik Çieçomksini məğlub edib və 1/4 finala yüksəlib. Onun rəqibi rusiyalı Kirlill Denisov olub.
Bu döyüşdən məğlub ayrılan Mehdiyev ilk təsəlliverici görüşə çıxıb. O, əvvəlcə almaniyalı Mark Odentalla üz-üzə gəlib. Qarşılaşma Mehdiyevin 25 saniyəyə ipponla qələbəsi ilə nəticələnib. O, bürünc medal qarşılaşmasında mübarizə aparacaq.  
 
Bürünc medal uğrunda döyüşdə isə Məmmədəli ilk olaraq almaniyalı Mark Odhentala qalib gəlib gəlib. Bürünc uğrunda döyüşdə isə Məmmədəli fransalı Klerget Akselə məğlub olaraq turniri medalsız başa vurub.
 
Firudin Dadaşov isə ilk mərhələdəcə almaniyalı Mark Odenthala uduzub.
 
100 kq
 
Bu çəkidə artıq 3 idmançımız mübarizəni dayandırıb. Cəlil Şükürov macar Miklos Cirjeniksə, Zelim Kotsoyev böyük britaniyalı Benjamin Fletçerə, Kənan Əbdülxanlı isə xorvat Kumriç Zlatkoya uduzub. Əsas medal ümidlərimizdən olan Elxan Məmmədov mübarizəyə ikinci mərhələdən qoşulub. Onun rəqibi BƏƏ-ni təmsil edən İvan Remarenkonu məğlub edən gürcü Beka Qviniaşvili olub. Məmmədov gürcü həmkarına məğlub olub. 
 
+100 kq
 
Ən ağır çəkidə Ayxan Cəfərov rusiyalı Andrey Volkova, Nadir Hüseynov isə braziliyalı David Mouraya uduzub. Digər medal ümidimiz Uşanqi Kokauri ilk mərhələdə belçikalı Benjamin Harmegniesi üstələyib. Kokaurinin növbəti rəqibi ukraynalı Lakim Xammo olub. Kokauri rəqibinə məğlub olub. 
 
Qeyd edək ki, "Böyük dəbilqə"də ilk 2 yarış günündə Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıb. Həmin medallara Tərlan Kərimovla (66 kq) Rüstəm Orucov (73 kq) sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail