Bürünc medal qazanan idmançımız: "Finala çıxmağı heç kim əlimdən almadı"
Ötən gün Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Stadium.Az xəbər verir
ki, 66 kq çəki
dərəcəsində tatamiyə çıxan Tərlan
Kərimov turnirə 1/16 final mərhələsindən başlayıb. O, ilk cəhdində Aleksander
Beta ilə münasibətinə aydınlıq gətirib. Polşalı idmançıya şans verməyən cüdoçumuz
vaxtından əvvəl qələbə qazanıb. 1/8 finalda onun rəqibi Qolan Pollak (İsrail)
olub. Kərimov bu dəfə də uğurlu seriyasını davam etdirərək, mərhələ adlayıb.
İdmançımız 1/4 finalda Suqoi Uriarte (İspaniya) ilə üz-üzə gəlib. Təəssüf ki,
o, yarımfinala yüksələ bilməyib.
Tərlan təsəlliverici görüşündə Elio Verdeni
(İtaliya) sınağa çəkib. İdmançımız rəqibinə ipponla qalib gəlib. O, bürünc
medal uğrunda Məmmədzadənin uduzduğu Qansbeke ilə döyüşüb. Kərimov
komanda yoldaşının revanşını alaraq, "bürünc" qazanıb.
Tərlan daha sonra bürünc medal və Rio Olimpiadasına
vəsiqə qazanamsıyla bağlı fikirlərini Stadium.Az saytıyla bölüşüb:
“Bütün rəqiblərim güclü idmançılar idi. Məsuliyyət
ağır olmaqla yanaşı, həm də rəqiblər çox təcrübəlidir. Ancaq yenə də şükürlər
olsun ki, medal qazana bildim. Finala çıxmağı heç kim əlimdən almadı. Mənim
məğlub olduğum ispaniyalı cüdoçuyla olimpiadada döyüşmüşdüm və mənə qarşı
haqsızlıq olmuşdu. Mən yenə də hakimlərin qərarıyla razı deyiləm. İspan Avropa
çempionu və olimpiada 5-cisidir. Onu keçsəydim çempon ola bilərdim. Məncə
ispaniyalının uduzduğu rusiyalı idmançı da çox güclüdür. O, iki il ardıcıl
dünya ikincisi olub. Bürünc medal uğrundakı döyüşdə həvəssiz deyildim. Sadəcə
rəqib idmançı olduqca çox məsuliyyətlə çıxmışdı. Qələbə qazanamq istəyirdi.
Məndə çox diqqətli idim və onun səhv etməsini gözlədim. Rəqibi əks fəndə
salaraq təmiz qələbə qazandım. İndi əsas hədəf olimpiadada uğur qazanmaqdı.
İnşAllah ki, bundan sonra ancaq Rio olimpiadası üçün çalışacam”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |