Rəsul Çunayev qızıl medal və Olimpiadaya vəsiqə qazandı VİDEO

06.05.2016 | 4395 dəfə oxunub

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

Stadium.Az xəbər evrir ki, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. 

66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir. 

Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Asiya çempionu Ruslan Tsarev olub. 6:0 hesablı qələbə qazanan Rəsul Çunayev təsnifat turnirinin qızıl medalına yiyələnib.  

66 kq 
1/16 final - Dominik Etlinger (CRO) - Rəsul Çunayev 0:4 tuşe (19 saniyə)
1/8 final - Rəsul Çunayev - Pavel Liax (BLR) 9:7
1/4 final - David Kareçinski (POL) - Rəsul Çunayev 1:6
1/2 final - Rəsul Çunayev - Artak Marqaryan (FRA) 8:0 (68 saniyə)
FİNAL - Ruslan Tsarev (KGZ) - Rəsul Çunayev 0:6

98 kq
1/8 final - Daniel Gastl (AUT) - Şalva Qadabadze 0:2
1/4 final - Şalva Qadabadze - Feliks Baldauf (NOR) (B xalçası) 


Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir. AGF



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail