Cavid Hüseynov: "10 aydır ki, günahsız olaraq həbsdə saxlanılıram"

06.05.2016 | 3221 dəfə oxunub

"Qəbələ" futbol komandasının üzvü, jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən və barəsində həbs-qəti imkan tədbiri seçilən, iş üzrə Səbail rayon məhkəməsində məhkəmə prosesi aparılan futbolçu Cavid Hüseynov anası Xalidə Hacıyeva vasitəsi ilə KİV-ə növbəti müraciət ünvanlayıb.

Stadium.Az xəbər verir ki, müraciətdə deyilir:  "10 aydır ki, günahsız olaraq həbsdə saxlanılıram. Cinayət işində təqsirli bilinsəm də, bu ağır maddələrlə (cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə - 307.1 və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə - 307.2) ittiham olunsam da, Allah şahiddir ki, həm Uca Yaradan, həm də mərhum Rasim Əliyevin ruhu qarşısında günahsızam. Mən müqəssir deyiləm, mən qatil də deyiləm. Mən baş verənlərin təkrar olaraq təfərrüatına varmaq istəməsəm də, bəyan edirəm ki, indiyədək heç bir günahı sübuta yetirilməyən, lakin haqsız olaraq təqsirləndirilən və bunun "bədəlini" dəmir barmaqlıqlar arasında ödəmək məcburiyyətində qalan biriyəm. Mən bilirəm ki, haqq-ədalət nə zamansa öz yerini tutacaq, amma haqsız olaraq haqqın-ədalətin gümanlara qurban verilməsinə seyirçi olaraq dözmək istəmirəm. Mən 1993-cü ildə Qarabağda şəhid olan, "İgidliyə görə" medalı ilə təltif olunan baş leytnant Şakir Abbasovun oğlu Cavid Hüseynovam. Təkrar edirəm, mən cinayətkar deyiləm, mən qatil də deyiləm. Eyni zamanda, ittihamda göstərildiyi kimi, nə cinayətə təhrik edən, nə də bu cinayəti bilib gizlədən olmuşam. Mən sadəcə futbolçu Cavid Hüseynovam. Xahiş edirəm, necə varamsa, məni elə də qəbul edin...  

Daha sonra "...bəzi mətbuat səhifələrində məhkəmədə səsləndirdiyim ifadələr yanlış olaraq fərqli formada verilir və bütün bunlar məndə təəssüf hissi yaradır",- deyə müraciətdə bildirilir. Müracətin sonunda C.Hüseynov bütün KİV nümayəndələrini mayın 11-də baş tutacaq növbəti məhkəmə prosesinə dəvət edir: "...Gəlin, haqla-nahaqqın ayırd edilməsinə siz də şahidlik edin və xahiş edirəm, haqqı yazın". Bildiririk ki, Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Elmar Rəhimov sədrlik edir. Proses mayın 11-də davam etdiriləcək.

Xatırladaq ki, Rasim Əliyevin ölümü ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail