"Biz federasiyanın əziyyətini yüksək qiymətləndiririk"

06.05.2016 | 3882 dəfə oxunub

Mayın 6-8-də Bakıda cüdo üzrə keçiriləcək “Böyük Dəbilqə” beynəlxalq turniri ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) idman direktoru Daniel Laskau, İJF-nin Hakimlər Komitəsinin rəhbəri Berd Axilles, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və  Azərbaycan millisinin məşqçisi Mövlud Mirəliyev iştirak ediblər.

Mətbuat konfransını giriş sözü ilə açan Axilles ölkəmizdə olmaqdan məmnunluğunu bildirib. O, yarışın təşkilatçılığından razılığını ifadə edib. Axillesin sözlərinə görə, ölkəmizdə müxtəlif vaxtlarda seminarlarda olub və hər şey yüksək səviyyədə təşkil edilib. O, burdakı hakimlərin yarıdan çoxunun Rio Olimpiadasında olacağını deyib.

Laskau Azərbaycanda cüdo federasiyasının son 15 ildə böyük yol qət etdiyini vurğulayıb: “Azərbaycan cüdoda inkişafını davam etdirir. Ölkəniz artıq dünya və olimpiya çempionlarına malikdi. Biz federasiyanın əziyyətini yüksək qiymətləndiririk. Ötən illə müqayisədə “Böyük Dəbilqə” turnirində yüksəlişi görürük və Azərbaycana təşəkkürümüzü bildiririk".

Elmar Babanlı 4 il öncə “Böyük Dəbilqə” yarışının Azərbaycana etibar edildiyi üçün beynəlxaq federasiyaya minnətdarlıq edib: “Biz bu etimadı doğrultmuşuq. Növbəti 4 ildə Bakıda keçirilməsi üçün danışıqlar aparacağıq. Püşkatmanı da uğurlu saymaq olar. İnanırıq ki, cüdosevərlər gözəl mübarizənin şahidi olacaqlar”.

Mövlud Mirəliyev Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışa 30 cüdoçu ilə qatılacaq komandamızın şanslarını dəyərləndirib: “Komandamız bu yarışa əsas heyətlə qatılacaq. 100 kq-da Elmar Qasımov və 66 kq-da Nicat Şıxəlizadə zədə səbəbindən bu turnirdə iştirak edə bilməyəcəklər. Ən azı 3-4 medal qazanmağı proqnozlaşdırırıq. Turnirə qatılan idmançılarımızın hamısının əsas məqsədi reytinqini artırmaqdı. Favoritlər 60, 73, 90 və 100 kq-dadı. Qadınlarda 48 kq-da yarışacaq Aişə Qurbanlıya da ümid bəsləyirik”. Mirəliyevin sözlərinə görə, evdə çıxış edəcəyimizdən, medal qazanmaq şansımız yüksəkdi.

Kişilərdən ibarət yığmamızdan 6 cüdoçu artıq Olimpiadaya lisenziyanı təmin edib. 7-ci lisenziyanın isə bu günlərdə qazanılması gözlənilir. Qadın yığmamıza “wild card” verilməsi ilə bağlı sualı cavablandıran beynəlxalq federasiyanın idman direktoru Daniel Laskau bildirib ki, Azərbaycan kimi ölkənin güzəştli karta ehtiyacı yoxdu: “Bu, iştirak xatirinə kiçik ölkələrə verilir ki, Olimpiadaya qatılsın”.

Yarışda 82 ölkədən 519 idmançı (329 kişi, 190 qadın) qalib adı uğrunda mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail