Robert Prosineçki: "Qarabağ” istənilən halda güclü komandadır"

05.05.2016 | 3501 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosinçeki Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" – "İnter" (1:0) matçından sonra jurnalistlərə açıqlama verib. Stadium.Az xəbər verir ki, xorvatiyalı baş məşqçi qarşılaşma barədə belə danışıb: 

"Fərqli qarşılaşma idi. İlk matçda “Qarabağ” 4:0 hesabı ilə qələbə qazanmışdı. Bu nəticədən sonra Ağdam təmsilçisinin cavab qarşılaşmasında ikinci heyətlə oynayacağı gözlənilən idi.

"Qarabağ” istənilən halda güclü komandadır və cavab matçında da qalib gəlməklə bunu bir daha sübut etdi. “Qarabağ” istənilən heyətlə nəticə qazanmağı bacaran komandadır. “İnter” isə hazırda “Qarabağ” səviyyəsində deyil.

Qəbələdəki oyunu televiziya vasitəsiylə izlədim. Oyunda qeydə alınnan nəticə mənim üçün sürpriz olmadı. Ola bilər ki, “Qəbələ” daha yaxşı oynadı və güclü idi. Amma qələbə qazanan tərəf “Neftçi” oldu.

Penaltilər istənilən halda lotareyadır. 11 metrlik cərimə zərbəsi zamanı bəxt amili böyük rol oynayır. Ötən gün Çempionlar Liqasında dünyanın ən yaxşı futbolçuları da penaltini dəqiq yerinə yetirə bilmədilər. Bu hal hər yerdə baş verə bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail