Şahin Diniyev: "Mənim ürəyim də, nəfəsim də “Kəpəz”lədir" - MÜSAHİBƏ
“Kəpəz”
Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Sumqayıt”a 3:2 hesabıyla
qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi
Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- Hesabda geri
düşdükdən sonra “Sumqayıt” kimi komandala oyunda dönüş etmək çox çətindi. Bu
isə o deməkdir ki, hücuma atılmalısan və boşluqlar verəcəksən. Belə boşluqlar
isə “Sumqayıt”a hava və su kimi lazımdı. Risk elədik və sevinirəm ki, bu gün 3
xal qazandıq. Çox sevinirəm ki, bu gün özümüzə gəldik və qələbə qazandıq. Bizim
üçün Avroliqaya getmək üçün yaxşı şans var. Az heyətlə bunu bacarsaq, böyük
uğur olacaq. Azarkeşlər üçün həm bol qollu oyun oldu, həm də hücum futbolu
göstərdi hər iki komanda.
- Razısız ki,
qələbənizdə sizin komandadan çox, rəqib oyunçuların payı oldu. Məhz onların
səhvləri “Kəpəz”in qələbə qazanmasına şərait yaratdı...
- Məncə bu
gün yaxşı futbol oynadıq. Əgər rəqib səhv edirsə, demək onlara təzyiq var. Biz
pressinq edirik ki, rəqib də səhv edir. Mən elə düşünmürəm. Mən komandamın
oyunundan razıyam. Sadəcə son 15 dəqiqədə bir qədər arxayınçılıq oldu. Biz bu
gün 3 xala layiq idik. Haqqına qələbə qazandıq.
- Sizin
komanda bu heyətlə Avroliqada uğur qazana bilər?
- Mən sizinlə
razıyam, heyət güclənməlidir. Təbii ki, bu heyətlə zəif olar. Biz demirik ki,
heyət güclənsə gedib qrupa düşəcəyik. Bu komandanın hər xəttinə bir yeni güclü
futbolçu lazımdı. Bunu necə həll edəcəyik bunu zaman göstərəcək. Bizim yerimiz
yox, şəraitimiz yox, yollarda qalmışıq. Bunlar səbəb olmamalıdır, azarkeş
bizdən nəticə tələb edir, haqlıdırlar da. Bu yöndə işlərə başlamışıq, qismət
olarsa hər xəttə bir futbolçu cəlb edəcəyik.
- Təbii
haldır ki, “Kəpəz”in bu uğurunda sizin əməyiniz böyükdür. Bildiyimiz qədəriylə “Neftçi”
klubu sizi baş məşqçi təyin etməkdə israrlıdır. Təklif gəlsə bunu necə
qiymətləndirəcəksiz?
- Hazırda mənim ürəyim də, nəfəsim də “Kəpəz”lədir. Mən indi ancaq bu komandanı düşünürəm. Əgər bu gün “Neftçi” mənimlə maraqlanırsa bu mənim yox, mənim futbolçularımın əməyi sayəsindədir. Heç bir komandayla danışığım olmayıb. Amma heç vaxt, heç vaxt söhbəti də yoxdur. Hazırda bütün fikrim bu komandaya bağlıdır. İndi məni ən çox düşündürən gəncəli azarkeşləri sevindirməkdir.
Xanoğlan İmanov
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |