Cüdoçumuz Avropa ikincisi oldu

21.04.2016 | 3277 dəfə oxunub

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına (AÇ)  start verilib. Stadium.Az xəbər evrir ki, Rioya lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq.

Kişilər

60 kq

İlk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayıb. “Böyük dəbilqə”nin qalibi Tom Şmiti (Lüksemburq) yarışdan kənarlaşdıran Arif Bağırovla (Belarus) qüvvəsini sınayıb. O, əslən azərbaycanlı rəqibinə heç bir şans verməyərək, ipponla 1/4 finala vəsiqə qazanıb. Səfərov yarımfinala gedən yolda Jeron Murenlə (Hollandiya) qarşılaşıb. Orxan bu dəfə də qələbə qazanaraq, yarımfinala yüksəlib. 

Cüdoçumuz 1/2 finalda italiyalı Elios Mansi ilə münasibətinə aydınlıq gətirib. O, rəqibini 138 saniyəyə ipponla məğlub edərək, finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə cüdoçumuzun rəqibi fransalı Valid Xyar olub. Təmsilçimiz final görüşündə məğlub olaraq, turnirin ikincisi adını qazanıb.  

Bu çəkidə tatamiyə çıxan digər təmsilçimiz İlqar Müşkiyev 1/8 finalda Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Müşkiyev ikinci görüşünü də qalib kimi başa vurub. İsrailli Artyom Arşanski səddini keçən cüdoçumuz 1/4 finalda türkiyəli Bekir Özlü ilə mübarizə aparıb. Lakin o, bu dəfə məğlub olub və rəqib yarımfinala adlayıb.

Buna baxmayaraq, İlqar təsəlliverici görüşə qatılıb. Həmyerlimiz bürünc medal uğrunda döyüş üçün Amiran Papinaşvili (Gürcüstan) ilə üz-üzə gəlib və bu dəfə də tatamini məğlub tərk edib. Nəticədə o, yarışı 7-ci pillədə başa vurub. 

66 kq

Millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov birinci qarşılaşmadaca Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gəlib. Təəssüf ki, yekunda rəqib tatamidən qalib ayrılıb.

Qadınlar

48 kq

Bu çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gəlib. O, startdaca məğlubiyyətə üzülüb. Rəqib həmyerlimizi 67 saniyəyə ippona salıb.

Yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail